Azərbaycanda indiyə qədər 3336 nəfər ermənilərin basdırdığı minaya düşüb

Azərbaycanda indiyə qədər 3336 nəfər ermənilərin basdırdığı minaya düşüb
# 06 oktyabr 2022 11:42 (UTC +04:00)

Erməni silahlı qüvvələrinin azərbaycanlı hərbçilərə və mülki şəxslərə qarşı terroru bu gün də mina insidentləri ilə davam edir.

APA xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, 1991-2022 tarixləri arasında Azərbaycanda mina qurbanlarının ümumi sayı 3336 nəfər təşkil edib (onlardan: kasetli sursatların partlaması nəticəsində həlak olan və xəsarət alanlar- 131 nəfər, uşaq və azyaşlı -357 nəfər, qadınlar – 38 nəfərdir).

2020-ci ilin noyabr - 2022-ci ilin 06 oktyabr tarixləri arasında, mina partlayışları nəticəsində 44 nəfər həlak olub, 213 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərər çəkib. Bu dövr ərzində həlak olan və zərərçəkənlərin cəmi sayı 257 nəfər təşkil edib (onlardan: 9-u uşaq, 1-i qadın, 3 nəfər isə media nümayəndəsidir). Bu şəxslərin 147 nəfəri keçmiş təmas xəttindən kənarda baş vermiş mina insidentlərinin qurbanları olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR