Azərbaycanda məhbus xəstəxanada vəfat edib

Azərbaycanda məhbus xəstəxanada vəfat edib
# 06 dekabr 2022 08:41 (UTC +04:00)

Azərbaycanda məhbus dünyasını dəyişib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasında baş verib. Şəki Penitensiar müəssəsində cəza çəkən 1975-ci il təvəllüdlü Yevlax şəhər sakini Kamal Şəmistan oğlu Abdullayev ötən gün səhhəti ilə bağı Şəki RMX-na yerləşdirilib. K. Abdullayevdə bu gün səhər saatlarında bioloji ölüm faktı qeydə alınıb. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomita Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR