Azərbaycanda ötən gün 10 ədəd qanunsuz odlu silah aşkar edilib

Azərbaycanda ötən gün 10 ədəd qanunsuz odlu silah aşkar edilib
# 15 yanvar 2022 10:12 (UTC +04:00)

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, keçirilən əməliyyat tədbirləri nəticəsində yanvarın 14-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR