Azərbaycanda ötən il intiharlar azalıb

Azərbaycanda ötən il intiharlar azalıb
# 27 yanvar 2023 10:19 (UTC +04:00)

2021-ci illə müqayisədə hesabat dövründə baş vermiş intihar hadisələrinin sayında azalma müşahidə olunur.

APA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.

O bildirib ki, hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 46 cinayət işi başlanıb, onlardan 6-sı baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib:

"2021-ci ildə isə özünü öldürmə həddinə çatdırma ilə bağlı daha az cinayət işinin məhkəməyə göndərilib. Bu kimi halların minimuma endirilməsində Baş Prokurorluğun təşkilatçılığı ilə yaradılmış müvafiq qurumların nümayəndələrinin, həmçinin Baş Prokurorluğun əməkdaşlarının iştirak etdiyi İşçi qrupun həyata keçirdiyi tədbirlərin diqqət mərkəzində saxlanılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR