“Azərbaycanfilm”də yanğın olub - FOTO - YENİLƏNİB

“Azərbaycanfilm”də yanğın olub - FOTO  - YENİLƏNİB
# 20 may 2022 15:23 (UTC +04:00)

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının inzibati binasının ikinci mərtəbəsində, sahəsi 12 m² olan otaqda (istifadə olunmayan) taxta və karton tullantıları yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər xilas edilib, 7 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

14.12

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yerləşən üçmərtəbəli inzibati binada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Yanğın barədə "Azərbaycanfilm" kinostudiyası da məlumat yayıb. Məlumatda deyilir ki, bu gün günorta saat 13.00 radələrində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yanğın hadisəsi baş verib: "Qısa müddət ərzində əməkdaşlar evakuasiya olunub. Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. 15 kv. m ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın olan otaq istifadədə olmayan kartonların müvəqqəti olaraq yığıldığı yer olub. Yanğının baş vermə səbəbləri araşdırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR