Azərbaycanın 1 milyon dollar mənimsəməyə görə axtarışa verdiyi şəxs Rusiyadan deportasiya olunub

Azərbaycanın 1 milyon dollar mənimsəməyə görə axtarışa verdiyi şəxs Rusiyadan deportasiya olunub
# 29 dekabr 2021 17:33 (UTC +04:00)

1 milyon dollar mənimsəməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Ramiz Quliyev Rusiyadan deportasiya olunub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

"Vnukovo beynəlxalq hava limanında Azərbaycan vətəndaşı Ramiz Quliyev Rusiya Federasiyasının qanunvericiliyini pozduğuna görə inzibati qaydada ölkədən çıxarılıb. O, vətənində dələduzluq etməkdə ittiham olunur", - mətbuat mərkəzindən bildirilib.

Azərbaycan tərəfinin bildirdiyinə görə, 2013-cü ilin martında Quliyev biznes qurmaq adı ilə tanışından 1 milyon dollardan artıq borc götürüb, lakin pulu qaytarmayıb: "Dələduzluqda ittiham olunduqdan sonra o, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR