Azərbaycanın İrandakı səfirliyinə hücum anının daha bir görüntüsü yayılıb - VİDEO

Azərbaycanın İrandakı səfirliyinə hücum anının daha bir görüntüsü yayılıb - VİDEO
# 27 yanvar 2023 13:42 (UTC +04:00)

Azərbaycanın İrandakı səfirliyinə hücum anının daha bir görüntüsü yayılıb.

APA xəbər verir ki, bu görüntü də Azərbaycan səfirliyinin müşahidə kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdən bir daha aydın olur ki, Tehranın polis rəisinin hadisənin səbəbləri barədə dedikləri yalandır.

Belə ki, terrorçunun hadisə yerinə tək gəldiyi açıq-aydın görünür. Bundan başqa, səfirliyin binası önündə xidmət aparan İran polisinin baş verənlərə reaksiya vermədiyi görüntüdə əksini tapıb. İranlı polis səfirlik binasına belə daxil olmur və hadisələrə seyrçi mövqe sərgiləyir.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını da yaralayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR