Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və xəsarət alan var, hücum edən şəxs tutulub - VİDEO - YENİLƏNİB

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və xəsarət alan var, hücum edən şəxs tutulub - VİDEO  - YENİLƏNİB
# 27 yanvar 2023 10:23 (UTC +04:00)

Bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.

APA-nın diplomatik kanallar vasitəsilə əldə etdiyi məlumata görə, hücum edən şəxs saxlanılıb.

İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.

***

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

APA xəbər verir ki, hücum zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR