İnterpol xətti ilə həbs edilən şəxsin məhkəməsi başlayır

İnterpol xətti ilə həbs edilən şəxsin məhkəməsi başlayır
  • Clock-gray 18:56
  • calendar-gray 16 Oktyabr 2019

Dələduzluqda və rüşvətdə ittiham olunan 55 yaşlı Əjdər Camal oğlu Əsgərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə İnterpol xətti ilə axtarışda olan 55 yaşlı Əjdər Camal oğlu Əsgər Gürcüstanda saxlanılıb. 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date