Azərbaycanlı iş adamı Rusiyada avtomobil qəzasında ölüb

Azərbaycanlı iş adamı Rusiyada avtomobil qəzasında ölüb
# 16 oktyabr 2019 11:18 (UTC +04:00)

Azərbaycanlı iş adamı Əlişah Süleymanov Rusiyada avtomobil qəzasında ölüb.

APA-nın Rusiya bürosunun “74.ru” protalına istinadən verdiyi məlumata görə, avtomobil qəzası Çelyabinsk vilayətində baş verib.

Yujnouralsk-Maqnitoqorsk avtomobil yolunda hərəkət edən "Toyota" markalı avtomobil aşıb. Nəticədə avtomobildə olan sərnişin - azərbaycanlı Əlişah Süleymanov ölüb.

Avtomobili iş adamının sürücüsü idarə edib.

Qeyd edək ki, 60 yaşlı Ə. Süleymanov regionda tanınmış iş adamı olub. O, 100 ən zəngin çelyabinsklinin siyahısında yer alıb. 1995-ci ildən Çelyabinskdə biznesin müxtəlif sahələrində fəaliyyət göstərən Ə. Süleymanovun sahibi olduğu "Ruslada" Ticarət Evi 250-dən çox şirniyyat fabrikini özündə birləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR