Qadınları cinsi istismara məruz qoyan Türkiyə vətəndaşının məhkəməsi başlayır

Qadınları cinsi istismara məruz qoyan Türkiyə vətəndaşının məhkəməsi başlayır
# 22 oktyabr 2019 10:15 (UTC +04:00)

Azərbaycanlı qadınları insan alverinə məruz qoymaqda təqsirləndirilən Türkiyə vətəndaşı Günəş Nürəttin Şükrünün cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materailları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İradə Həsənzadənin icraatına verilib.

Qeyd edək ki, G.N. Şükrü 3 azərbaycanlı qadını insan alverinə məruz qoyub. Zərərçəkənlərin şikayəti əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Mübarizə əməkdaşları tərəfindən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR