AzTV-də polis özünü güllələyib - VİDEO

AzTV-də polis özünü güllələyib - VİDEO
# 08 yanvar 2022 15:47 (UTC +04:00)

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Mühafizə Şöbəsinin əməkdaşı olan polis işdə özünü güllə ilə vurub.

APA-nın xəbərinə görə, polis serjantı Yasin İnqilabzadənin xidmət aparan zamanı silahla ehtiyatsız davranması nəticəsində özünə açdığı və hadisə yerində dünyasını dəyişdiyi bildirilir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva APA-ya faktı təsdiqləyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov da APA-ya faktı təsdiq edib, bildirib ki, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR