Azyaşlıları pirlərə aparan qadın məsuliyyətə cəlb olunub

Azyaşlıları pirlərə aparan qadın məsuliyyətə cəlb olunub
# 10 avqust 2022 12:33 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) bir qrup şəxsin azyaşlı övladları ilə birgə ziyarətgahlara və pirlərə aparılması və orada dini ayinlərin icrasının təşkil edilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya deyib ki, valideynlərin azyaşlı övladları ilə birgə Şamaxı rayonu ərazisində olan ziyarətgahlara gedişini və orada dini ayinlərin icra olunmasını təşkil edən 1970-ci il təvəllüdlü Ş.Səbriyeva polis əməkdaşları tərəfindən müəyyən edilib, onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Səbriyeva inzibati məsuliyyətə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR