Babadağda həlak olduğu bildirilən şəxsin axtarışına dronlar cəlb olunub - VİDEO

Babadağda həlak olduğu bildirilən şəxsin axtarışına dronlar cəlb olunub - VİDEO
# 09 avqust 2022 15:03 (UTC +04:00)

Məlumat verildiyi kimi, avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun axtarışları davam etdirlir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar.

Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR