Badamdarda avtomobildən 8900 manat oğurlanıb

Badamdarda avtomobildən 8900 manat oğurlanıb
# 09 iyun 2022 10:17 (UTC +04:00)

Bakıda avtomobildən xeyli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə Badamdar qəsəbəsi ərazisində “Opel” markalı bir avtomobildən 8900 manat pul, sənəd, bankomat kartı, gödəkcə və ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri, əvvəllər də analoji əmələ görə məhkum olunmuş H.Rzayev və E.Səfərov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR