Bahalı mobil telefonları ucuz qiymətə sataraq dələduzluq edən şəxs saxlanılıb - VİDEO

Bahalı mobil telefonları ucuz qiymətə sataraq dələduzluq edən şəxs saxlanılıb - VİDEO
# 28 sentyabr 2022 23:06 (UTC +04:00)

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları ucuz qiymətə satışa çıxarmaqla kütləvi dələduzluq əməllərində şübhəli bilinən 2004-cü il təvəllüdlü Camal Əliquliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, ucuz qiymətə satışa çıxardığı mobil telefonları almaq istəyən şəxsləri aldatmaqla “beh” adı altında 200, 300 manat və digər məbləğləri onlayn ödənişlə mənimsəyib.

Hazırda araşdırmalar davam etdirilir.

"Vətəndaşlara tövsiyə edirik ki, pul vəsaitlərini hansısa məhsulun alınması ilə tanımadığı şəxslərin təqdim etdiyi bank hesablarına köçürməsinlər",- deyə nazirliyin yaydığı məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR