Bakıda avtomobil xarici vətəndaşı vurub

Bakıda avtomobil xarici vətəndaşı vurub
# 19 avqust 2019 11:18 (UTC +04:00)

Bakıda avtomobil macar qadını vurub.

APA-nın məlumatına görə, avqustun 17-də Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Salmanov idarə etdiyi “Toyota” markalı 90-ME-166 dövlət qeydiyyat nişanlı avtomobillə Macarıstan Respublikasının vətəndaşı, 1958-ci il təvəllüdlü Kovac Mariyanı yolu keçərkən vurub.

Nəticədə piyada yüngül xəsarət alıb. Piyadaya tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR