Tərtər sakini avtovağzalda qarət edilib

Tərtər sakini avtovağzalda qarət edilib
# 15 noyabr 2019 12:49 (UTC +04:00)

Bakı Beynəlxalq Avtovağzal Kompleksində oğurluq olub.

Bakı Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Tərtər rayon sakini M.Əliyevin mobil telefonunu və içərisində 50 manat, 55.000 rubl (1320 manat) olan pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş C.Həsənov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR