Bakı-Ələt yolunda iki qəza olub, 8 nəfər xəsarət alıb - VİDEO

Bakı-Ələt yolunda iki qəza olub, 8 nəfər xəsarət alıb - VİDEO
# 05 yanvar 2022 10:40 (UTC +04:00)

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda bir-birinin ardınca müxtəlif ərazilərdə iki ağır avtomobil qəzası baş verib.

Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş verən ilk qəza nəticəsində xəsarət alan 5 nəfər Mərkəzə gətirilib. Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

Bundan bir qədər sonra Bakı-Ələt yolunda baş verən ikinci qəza nəticəsində xəsarət alan 3 nəfər Mərkəzə gətirilib. Xəsarət alanlardan ikisi Türkiyə vətəndaşıdır. Hər üç şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR