Bakı-Ələt yolunda maşın aşıb, ölən var - FOTO - YENİLƏNİB

Bakı-Ələt yolunda maşın aşıb, ölən var - FOTO  - YENİLƏNİB
# 19 yanvar 2023 18:08 (UTC +04:00)

Yol polisi Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 15:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsində Neftçala rayonu, Xolqarabucaq kəndində qeydiyyatda olan 1987-ci il təvəllüdlü Qurbanov Hüseyn Əsədulla oğlu idarə etdiyi “Mercedes 190” markalı, 99-KO-139 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarına aşırıb.

Qəza nəticəsində sürücü Hüseyn Qurbanov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

17.58

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın xəbərinə görə, hadisə Bakı-Ələt yolunda qeydə alınıb.
“Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücünün öldüyü, maşında olan sərnişinin isə xəsarət aldığı bildirilir.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR