Bakı Hava Limanında kran aşıb, bir nəfər ölüb - YENİLƏNİB

Bakı Hava Limanında kran aşıb, bir nəfər ölüb - YENİLƏNİB
# 22 sentyabr 2022 16:19 (UTC +04:00)

Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən APA-ya bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

***

16:05

Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, yük daşıyan kranın aşması nəticəsində bir nəfər ölüb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

TƏBİB-dən APA-ya bildirilib ki, aeroport ərazisindəki anqarda baş vermiş hadisə ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

Əraziyə tibbi briqada cəlb olunub. Ətraflı məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR