Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin olunub

Zeynal Ağayev

© APA | Zeynal Ağayev

# 05 yanvar 2023 13:07 (UTC +04:00)

Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin edilib.

APA-nın əldə etdiyi xəbərə görə, sədr vəzifəsinin icrası hakim Zeynal Ağayevə həvalə olunub.

Qeyd edək ki, Zeynal Ağayev bir neçə gün əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Hərbi Məhkəməsinin hakimi təyin olunub.

Zeynal Ağayev bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. Bu təyinata kimi həmin məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edib.

Onu da qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 16 il (2007-2022) sədri olmuş Həbib Həsənov Prezident İlham Əliyevin Sərəncamı ilə Nərimanov Rayon Məhkəməsinin sədri təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR