Bakı məhkəməsi Türkiyə vətəndaşının Niderlanda ekstradisiya edilməsi ilə bağlı təqdimatı təmin etməyib

Bakı məhkəməsi Türkiyə vətəndaşının Niderlanda ekstradisiya edilməsi ilə bağlı təqdimatı təmin etməyib
# 15 oktyabr 2019 13:55 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Niderlandın Bakıda saxlanılan Türkiyə vətəndaşı Gökhan Öztürkün ekstradisiya edilməsi ilə bağlı müraciətinə baxılıb.

APA-nın məlumatına görə, prosesdə elan olunub ki, Azərbaycanın Ədliyyə Nazirliyi məhkəməyə təqdimat verərək Gökhan Öztürkün Niderlanda ekstradisiyası haqda qərar çıxarılmasını istəyib. Ekstradisiya ilə bağlı Azərbaycana göndərilən məktubda Gökhanın Niderland vətəndaşı olduğu, orada haqqında 180 günlük həbs qərarı çıxarıldığı göstərilib.

G. Öztürk çıxış edərək Niderlanda göndərilməsini istəməyib: “1996-cı ildə evliliklə əlaqədar ora getmişəm. Həyat yoldaşım oranın vətəndaşı idi. Mən isə Türkiyə vətəndaşıyam. Üç övladımız oldu. Mən orada müddətsiz oturum izni ilə yaşamışam. 2014-cü ildə məni deportasiya elədilər. Sonradan viza üçün müraciət etdim, rədd cavabı verdilər. Xanımım da Türkiyədə yaşamaq istəmədi, ona görə boşandı. Bakıya üç günlük gəlmişdim, bir aydan çoxdur burada qalmışam. Xahiş edirəm, məni Niderlanda təhvil verməyin".

Məhkəmə ekstradisiya ilə bağlı təqdimatı təmin etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR