Bakı-Moskva reysi hava limanına qayıdan eyni təyyarə ilə yerinə yetiriləcək - YENİLƏNİB

Bakı-Moskva reysi hava limanına qayıdan eyni təyyarə ilə yerinə yetiriləcək - YENİLƏNİB
# 14 avqust 2022 10:27 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən təyyarəsinə heyət üzvləri və mühəndis-texniki heyəti tərəfindən baxış keçirilib.

AZAL-dan APA-ya verilən xəbərə görə, təyyarənin tam saz vəziyyətdə olduğu və sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı verdiyi üzə çıxıb.

Reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər.

***

saat 08.39

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR