Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıdıb

Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıdıb
# 23 may 2022 21:10 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR