Bakı Olimpiya Stadionunun yaxınlığında süpürgəçini avtomobil vuraraq öldürüb

Bakı Olimpiya Stadionunun yaxınlığında süpürgəçini avtomobil vuraraq öldürüb
# 07 noyabr 2022 15:05 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib.

Qəzada dünyasını dəyişən şəxsin süpürgəçi qadın olduğu bildirilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, "Chevrolet" markalı avtomobil ad-soyadı hələlik bilinməyən bir qadını vurub. Piyada "Hyundai" markalı digər avtomobilin qarşısına düşüb. Nəticədə o, yerindəcə keçinib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR