Bakı-Qazax magistralında 40-a yaxın maşının iştirakı ilə zəncirvarı qəza olub, 1 nəfər ölüb, 15 yaralı var - VİDEO - FOTO - YENİLƏNİB

Bakı-Qazax magistralında 40-a yaxın maşının iştirakı ilə zəncirvarı qəza olub, 1 nəfər ölüb, 15 yaralı var   - VİDEO  - FOTO  - YENİLƏNİB
# 01 yanvar 2022 11:24 (UTC +04:00)

Bakı-Qazax magistralında 40-a yaxın maşının iştirakı ilə baş verən zəncirvarı qəza ilə bağlı yeni məlumatlar var.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə magistiralın 113 –cü km-də, Hacıqabul şəhərinin ərazisindən keçən yerdə baş verib

Hadisə nəticəsində 1 nəfər ölüb,15 nəfər yaralanıb.

Hadisə yerindən foto və videonu təqdim edirik.

***

Saat 10:52

Bakı-Qazax magistralında ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, Bakı Qazax magistralın Hacıqabul rayonu ərazisindən keçən hissəsində 40-a yaxın avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralılar var.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR