Bakı-Qazax yolunda 65 yaşlı kişini maşın vuraraq öldürüb

Bakı-Qazax yolunda 65 yaşlı kişini maşın vuraraq öldürüb
# 10 noyabr 2022 11:34 (UTC +04:00)

Tovuzda maşın piyadanı vuraraq öldürüb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, noyabrın 10-da səhər 6:30 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımına Bakı-Qazax-Gürcüstan avtomagistralının 439-cu kilometrliyində piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək, müvafiq araşdırmalar aparmaqla nəqliyyatın hərəkətini bərpa ediblər. Araşdırmalar zamanı məlum olub ki, Tovuz rayon sakini Fərhad Əliyev özünə məxsus “KİA” markalı avtomobil ilə hərəkətdə olan zaman yolu keçmək istəyən Tovuz rayon sakini, 1957-ci il təvəllüdlü Vəli Hüseynovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR