Bakı-Qazax yolunda avtobusla yük maşını toqquşub, 17 nəfər xəsarət alıb - YENİLƏNİB-1 - SİYAHI - VİDEO

Bakı-Qazax yolunda avtobusla yük maşını toqquşub, 17 nəfər xəsarət alıb - YENİLƏNİB-1  - SİYAHI  - VİDEO
# 26 sentyabr 2022 11:21 (UTC +04:00)

Bakı-Qazax magistralında, Ağstafa rayonu ərazisinddə baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, xəsarət alanların 1961-ci il təvəllüdlü Azəri Durdanə Əli qızı, 1954-cü il təvəllüdlü Musayev Mirsadıq Məsim oğlu, 1962-ci il təvəllüdlü Əhmədova Nərminə Abbas qızı, 1994-cü il təvəllüdlü Həsənli Elgün Arif oğlu, Bukavadze Mehriban Çengiz qızı, 2002-ci il təvəllüdlü Bəkirova Rima Əli qızı, 1964-cü il təvəllüdlü Məmmədov Həmid Məmməd oğlu, 1977-ci il təvəllüdlü Əliyeva Zəminə Rəhim qızı, 1986-cı il təvəllüdlü Məmmədov Vüsal Həmid oğlu, 1993-cü il təvəllüdlü Ağazadə Vasif Fuad oğlu, 1996-cı il təvəllüdlü Əzizova Nigar Hidayət qızı, 1999-cu il təvəllüdlü Bukavadze Rəsmiyə Əli qızı, 2022-ci il təvəllüdlü Bukavadze Səkinə Mirəli qızı, 2022-ci il təvəllüdlü Bəkirov İsmayıl Koroğlu oğlu və 1978-ci il təvəllüdlü Bəndəliyev Ayaz Müslüm oğlu, 1965-ci il təvəllüldü Vəliyev Şakir Yolçu oğlu, 2017-ci il təvəllüdlü Bukavadze Həsən Sakit oğlu olduğu bildirilir.

***

11.03

TƏBİB Bakı-Qazax avtomobil yolunda baş verən qəzada xəsarət alanlar barədə məlumat yayıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək.

***

10.39

Ağstafada yük maşını və avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş berib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətədə olan "Mersedec Sprinter" markalı sərnişin avtobusu ilə "ZİL" markalı yük maşınının toqquşması nəticəsində 17 sərnişinin xəsarət aldığı bildirilir.

Yetər Kərimli

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR