Bakı-Qazax yolunda avtomobil qadını vuraraq öldürüb - VİDEO

Bakı-Qazax yolunda avtomobil qadını vuraraq öldürüb - VİDEO
# 12 yanvar 2022 16:57 (UTC +04:00)

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolu keçmək istəyən Gəncə şəhər sakini Ramidə Bayramovanı vurub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, R.Bayramova xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR