Bakı-Qazax yolunda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb

Bakı-Qazax yolunda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb
# 03 fevral 2023 16:36 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Qırılı kəndindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü Rəşad Axundov, 1974-cü il təvəllüdlü Elşən Əsgərov və 1974-cü il təvəllüdlü Anar Yaqubov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR