Hacıqabul rayonunda yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan 3 nəfər Gəncə şəhər sakini - 1962-ci il təvəllüdlü Orucova Maya Aslan qızı, 1967-ci il təvəllüdlü Orucov Mübariz Cahangir oğlu və 1972-ci il təvəllüdlü Xudaverdiyev Elşən Firudun oğlu xəsarətlər alıb. Onlar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.