Bakı-Qazax yolunda minik maşını "Shacman"a çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO

Bakı-Qazax yolunda minik maşını "Shacman"a çırpılıb, xəsarət alanlar var  - FOTO  - VİDEO
# 12 yanvar 2022 22:22 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili "Shacman" markalı yük maşınına arxadan çırpılıb. Qəza zamanı minik maşınında olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR