Bakı-Qazax yolunda qəza baş verib, 1 nəfər ölüb - FOTO - VİDEO

# 16 iyun 2022 09:59 (UTC +04:00)

Bakı-Qazax yolunda baş verən qəza nəticəsində 1 nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 77-ci kilometrliyində Ələt qəsəbəsi ərazisində baş verib.

“Ford” markalı avtomobil “Mercedes” markalı avtomobilə toqquşub. Nəticədə “Ford” markalı avtomobilin sərnişini - Kürdəmir rayon sakini, 2002-ci il təvəllüdlü Əhmədov Yolçu Cabir oğlu hadisə yeridə ölüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR