Bakı-Qazax yolunda qəza olub, sürücü hadisə yerini tərk edib - FOTO - VİDEO

Bakı-Qazax yolunda qəza olub, sürücü hadisə yerini tərk edib - FOTO  - VİDEO
# 05 noyabr 2022 04:32 (UTC +04:00)

Bakı-Qazax yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə magistral yolun 306-cı kilometrliyində qeydə alınıb.

Belə ki, Hacıyev Xaxoy Əlaslan oğluna məxsus 90-VY-747 dövlət nömrə nişanlı “BMW” maraklı avtomobil, Şərifov Fərid Yaşar oğluna məxsus 99-GM-779 dövlət nömrə nişanlı “Ford Fusion” markalı avtomobilə çırpılıb.

Nəticədə “BMW” markalı avtomobil yoldan kənara çıxaraq dərəyə aşıb.

“Ford Fusion”da olan sərnişinlər yüngül xəsarət alıblar.

Onlara ilkin tibbi yardım göstərilib.

“BMW”in sürücüsü avtomobili hadisə yerində qoyaraq ərazidən uzaqlaşıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR