"Atəşgah Sığorta"ya məxsus maşın qəzaya düşüb, iki nəfər ölüb - YENİLƏNİB-1 - VİDEO

"Atəşgah Sığorta"ya məxsus maşın qəzaya düşüb, iki nəfər ölüb - YENİLƏNİB-1 - VİDEO
# 19 sentyabr 2019 17:35 (UTC +04:00)

Bakı-Quba yolunda baş verən yol qəzasında ölən və yaralananın adı məlum olub.

APA-nın məlumatına görə, qəza nəticəsində “Mercedes”in sürücüsü 1988-ci il təvəllüdlü Musazadə Fuad Şahin oğlu yanaraq ölüb.

“Hyundai” markalı avtomobildə olan, 1986-cı il təvəllüdlü Kamran Füzuli oğlu Atayev aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü Anar Nəsir oğlu Rzayev isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

***

Saat 16:50

Bakı-Quba yolunda baş verən yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, "Atəşgah Sığorta"ya məxsus "Hyundai" markalı avtomobil "Mercedes" markalı maşınla toqquşub. Toqquşmadan sonra "Mercedes" alışaraq yanıb. Nəticədə "Mercedes"in sürücüsü yanaraq ölüb. "Hyundai" markalı avtomobildə olan daha bir nəfər ölüb, biri isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 15:47

Bakı-Quba yolunda ağır yol qəzası olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba yolunun Yaşma yaşayış massivindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobili toqquşduqdan sonra maşınlardan biri yanıb. İlkin məlumata görə, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR