Bakı-Quba yolunda baş verən qəzada piyada ölüb

Bakı-Quba yolunda baş verən qəzada piyada ölüb
# 11 iyul 2022 00:32 (UTC +04:00)

Bakı-Quba yolunda qəza olub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində piyada ölüb.

Magistralın 50-ci kilometrliyində yolu keçmək istəyən piyada - 1965-ci il təvəllüdlü Tacəhmədov Xudabaxış Güləhməd oğlunu “Hyundai” markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR