Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

Bakı-Quba yolunda qəza

© APA | Bakı-Quba yolunda qəza

# 14 avqust 2022 10:38 (UTC +04:00)

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Həmin şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR