Bakı-Quba yolunda maşın aşıb, xəsarət alan var - VİDEO

Bakı-Quba yolunda maşın aşıb, xəsarət alan var - VİDEO
# 29 iyul 2022 10:53 (UTC +04:00)

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Rəşad Quliyevin idarə etdiyi nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri alıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR