Bakı sakini kafedə bıçaqlanıb

Bakı sakini kafedə bıçaqlanıb
# 31 dekabr 2021 03:46 (UTC +04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.

1989-cu il təvəllüdlü Mehdiyev Elnur Bayram oğlu tanışı ilə kafedə yeyib içdikdən sonra əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR