Bakı sakini Masallıda bıçaqlanıb - FOTO - VİDEO

Bakı sakini Masallıda bıçaqlanıb - FOTO - VİDEO
  • Clock-gray 11:54
  • calendar-gray 17 Oktyabr 2019

Masallıda bıçaqlanma olub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun avtovağzal deyilən ərazisində baş verib. Bakıda şəhər sakini, 1980-ci il təvəllüdlü Zaur Davud oğlu Qurbanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı hadisənin rayonun Şərəfə kənd sakini Rasim Xanməmməd oğlu İbişov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Məlum olub ki, Z.Qurbanov Masallı Rayon Məhkəməsinin dəvəti ilə rayona gedib. Z. Qurbanov Masallıda əvvəllər qeyri-rəsmi münasibətdə olduğu qadının hazırkı sevgilisi R.İbişovla qarşılaşıb. Onların arasında həmin qadına görə mübahisə düşüb. Mübahisə zəminində R.İbişov Z.Qurbanovu bıçaqlayıb.

Tural Kərimov

Digər xəbərlər

Arxiv

date