Bakı sakininə hədə-qorxu gələn şəxs saxlanılıb

Bakı sakininə hədə-qorxu gələn şəxs saxlanılıb
# 27 iyun 2022 11:42 (UTC +04:00)

Bakı sakininə hədə-qorxu gələn şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Ə.Əlizadə cari il mayın 5-də bir nəfərin onun nəvəsinə hədə-qorxu gələrək qızıl-zinət əşyaları almasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən qəsəbə sakini A.Sultanov müəyyən edilərək saxlanılıb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR