Bakı sakininə qarşı quldurluq edən 2 nəfər tutulub

Bakı sakininə qarşı quldurluq edən 2 nəfər tutulub
# 12 yanvar 2022 15:33 (UTC +04:00)

Bakıda sosial şəbəkədə tanış olub, görüşdüyü şəxsə qarşı quldurluq edən 2 nəfər saxlanılıb.

APA-nın məlumatına görə, yanvarın 10-da paytaxt sakini Sahib Tağızadə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, yanvarın 9-da Ramana qəsəbəsi, 2-ci sahədə əvvəlcədən sosial şəbəkədən Kənan Əliyev kimi tanıdığı şəxslə ondan "Skottish" cinsli pişiyi götürərək cütləşdirmək məqsədilə görüşüblər. Zərərçəkən qeyd edib ki, K.Əliyev kimi tanıdığı şəxs onun yanına başqa bir nəfərlə gəlib. Onlar yol gedən zaman tanımadığı şəxs xuliqanlıq zəminində üz nahiyəsinə kəllə zərbəsi vurub, üzərində olan "Redmi 6" mobil telefonunu və maaş kartını alaraq hadisə yerindən uzaqlaşıb.

Şikayət əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş 1992-ci il təvəllüdlü Məhəmməd Əliyev və 2003-cü il təvəllüdlü Kənan Abdullayev saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR