Bakı sakinini Şabranda maşın vurub

Bakı sakinini Şabranda maşın vurub
# 20 iyun 2022 09:12 (UTC +04:00)

Şabranda naməlum maşın piyadanı vurub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı şəhəri Sulutəpə qəsəbə sakini 1969-cu il təvəllüdlü Bədəlov Gündüz Bayram oğlu naməlum nəqliyyat vasitəsi tərəfindən vurulub.

Gündüz Bədəlov kəllə beyin travması diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR