Bakı-Şamaxı-Yevlax yolunda zəncirvari qəza olub, ər-arvad xəsarət alıb - FOTO - YENİLƏNİB

Bakı-Şamaxı-Yevlax yolunda zəncirvari qəza olub, ər-arvad xəsarət alıb - FOTO  - YENİLƏNİB
# 03 noyabr 2022 16:13 (UTC +04:00)

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda zəncirvari qəza baş verib.

APA xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 189-cu kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobil “Chevrolet”lə toqquşub, daha sonra yoldan keçən digər “VAZ 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Ucar rayon sakinləri - 1960-cı il təvəllüdlü İbrahimov Vahid Məmməd oğlu və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü İbrahimova Aynur Davud qızı xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR