Bakı-Sumqayıt şosesində 3 avtomobil toqquşub, xəsarət alan var - FOTO - YENİLƏNİB

Bakı-Sumqayıt şosesində 3 avtomobil toqquşub, xəsarət alan var   - FOTO   - YENİLƏNİB
# 12 avqust 2022 01:03 (UTC +04:00)

Bakı-Sumqayıt şosesinin Binəqədi rayonunun ərazisinə düşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, hadisə Ekologiya postunun yaxınlığında qeydə alınıb. “Chevrolet” markalı avtomobilin sürücüsü yüksək sürətlə Naib Əhmədovun idarə etdiyi “VAZ-2104” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində N.Əhmədov xəsarət alıb. Zərbənin təsirindən “VAZ-2104” eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində 3 avtomobilə ciddi ziyan dəyib. Əraziyə Yol-patrul xidmətinin əməkdaşları cəlb edilib. Sürücüyə tibbi yardım göstərilib.

Qəzaya görə Bakı-Sumqayıt şosesinin Sumqayıt istiqamətində tıxac yaranıb. Hər 3 avtomobil ərazidən götürülüb. Yol-patrul xidmətinin əməkdaşları hərəkəti tənzimləyir.

***

00.25

Bakı-Sumqayıt yolunda “Lada”, “Chevrolet Malibu” və “Toyot Land Cruiser” markalı avtomobillər toqquşub.

APA-nın xəbərinə görə, hadisə Ekologiya postuna yaxın ərazidə baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR