Bakı-Sumqayıt şosesində qəza tıxaca səbəb olub - FOTO - VİDEO

 Bakı-Sumqayıt şosesində qəza tıxaca səbəb olub  - FOTO  - VİDEO
# 20 iyun 2022 04:20 (UTC +04:00)

Bakı-Sumqayıt şossesində tıxaca səbəb olan və 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə şosenin Xırdalan qəbirstanlığının qarşısından keçən hissəsində qeydə alınıb. “Daewoo” markalı minik avtomobilinin sürücüsü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan zaman sükana nəzarəti itirib. Avtomobil əvvəlcə yol kənarındakı maneəyə, sonra “Hyundai” markalı maşına çırpılıb. Qəza zamanı 1 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Yolda yaranan uzunmüddətli tıxac yaranıb. Əraziyə cəlb olunan Yol Patrul Xidmətinin əməkdaşlarının mçüdaxiləsindən sonra nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR