Bakı-Sumqayıt şossesində taksi sürücüsü yuxulayaraq güllük əraziyə aşıb - FOTO

Bakı-Sumqayıt şossesində taksi sürücüsü yuxulayaraq güllük əraziyə aşıb  - FOTO
# 12 avqust 2022 03:14 (UTC +04:00)

Abşeron rayonu ərazisində yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinində, Xırdalan qəbirstanlığı qarşısında baş verib.

“Toyota Prius” markalı maşının sürücüsü sükan arxasında yuxulayıb. Bu zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarında satış üçün nəzərdə tutulan gül və ağacların olduğu əraziyə aşıb. Sürücü müxtəlif bədən xəsarətləri alıb. Əraziyə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb edilib.

Hadisə şahidləri və həkimlərin verdiyi məlumata görə sürücü ağır dərəcəli sərxoş olub. O, xəstəxanaya çatdırılıb. Əraziyə yol patrul və post patrul xidmətinin əməkdaşları cəlb edilib. Ağac və gül satışı ilə məşğul olan Ramin Hüseynov bildirib ki, ona 4 min manat ziyan dəyib.

Hadisə yerində avtotexniki ekspertiza təyin edilib. Sürücünün kimliyi müəyyənləşdirilir.

Qeyd edək ki, o, taksi fəaliyyəti ilə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR