Bakı-Sumqayıt yolunda 3 maşın toqquşub - FOTO

Bakı-Sumqayıt yolunda qəza

© APA | Bakı-Sumqayıt yolunda qəza

# 30 iyul 2022 18:08 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.

APA xəbər verir ki, hadisə Masazır dairəsindən Sumqayıt şəhəri istiqamətində gedən yolda qeydə alınıb.

"Toyota Prius", "Mercedes" və "Opel Astra" markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan olmasa da, avtomobillərin ikisi yararsız vəziyyətə düşüb. Qəza səbəbindən yolda tıxac müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR