Bakı-Sumqayıt yolunda avtomobil aşıb, sürücü xəsarət alıb - FOTO

Bakı-Sumqayıt yolunda avtomobil aşıb, sürücü xəsarət alıb - FOTO
# 24 yanvar 2023 03:20 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza hadisəsi yolun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan "KIA" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi aşaraq beton maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü xəsarət alıb.

Əraziyə təcili yardım və polis əməkdaşları cəlb edilib.

Yaralı təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Qəza səbəbindən sözügedən ərazidə tıxac yaranıb.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR